“Azərbaycanla oyunları səbirsizliklə gözləyirik”

Lixtenşteyn yığmasının baş məşqçisi Konrad Fünfstüx Millətlər Liqasının püşkünü dəyərləndirib. 

Sportline.az xəbər verir ki, sözügedən komanda D Liqasının 2-ci qrupunda Azərbaycan və Litvanın rəqibidir. 

Mütəxəssis isə fikirlərində Azərbaycan millisi ilə keçirəcəkləri oyunlara da toxunub: 

“Litva və Azərbaycan C Liqasından düşən iki komandadır. Şübhəsiz ki, mümkün qədər tez C Liqasına qayıtmaq istəyəcəklər. Ona görə də motivasiyalı rəqiblər gözləyirəm. Biz bu mübarizəni qəbul edirik və maraqlı qarşılaşmaları səbirsizliklə gözləyirik.”

Qeyd edək ki, millimizlə Lixtenşteyn arasında oyunlar 1 oktyabr və 13 noyabr tarixlərində keçiriləcək.