Azərbaycanlı döyüşçüdən daha bir qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı idmançı yeni nailiyyətə “UAE Warriors9”da imza atıb. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Orta çəki dərəcəsində çıxış edən Abbasov döyüşü qələbə ilə başa vurub.

“Mubadala Arena”dakı döyüş təcrübəli idmançının peşəkar karyerasında 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini əldə edib.