Azərbaycanlı futbolçu dubl etdi, komandası qalib gəldi
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya"nın U-21 komandası növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Litomeriçko” olub.
Qarşılaşma "Slaviya"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
F.Nəbiyev meydana start heyətində çıxıb və iki qol vurmaqla komandasına qələbə qazandırıb.