Azərbaycanlı futbolçu Portuqaliyada növbəti qolunu vurdu
Azərbaycanlı futbolçu Valeh Seyidovun şərəfini qoruduğu "Louletano" Portuqaliya II Liqasının B divizionunda növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Montijo" kollektivi olub.
Qarşılaşma "Louletano"nun məğlubiyyəti ilə yekunlaşıb - 1:2.
V.Seyidov meydana 69-cu dəqiqədə daxil olub və komandasının təsəlli qolunu vurub.
Qeyd edək ki, bu, futbolçunun Portuqaliyada ikinci qoludur.