Azərbaycanlı futbolçu rinqə çıxır

Kiyev "Dinamo”sunun və Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev rinqə çıxmaq qərarına gəlib.
 
Sportline.az xəbər verir ki, Azərbaycan əsilli veteran futbolçu "Bitva” layihəsi çərçivəsində aktyor və model Nikita Vakulyukla üz-üzə gələcək.
 
Reqlamentə əsasən, döyüş, hərəsi 2 dəqiqədən ibarət 3 raunddan ibarət olacaq. 
 
Görüş mayın 29-da keçiriləcək.