Azərbaycanlı futbolçu Türkiyə Kubokunun matçında məhsuldar ötürmə verib

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Boluspor" klubunda məhsuldar ötürmə ilə yadda qalıb.

Sportline.az xəbər verir ki, 29 yaşlı vinger "1461 Trabzon"u məğlub etdikləri ölkə kubokunun V turunun matçında assist müəllifi olub.

71-ci dəqiqədə meydana daxil olan oyunçu 77-ci dəqiqədə komandasının sonuncu qolunun vurulmasında yaxından iştirak edib.

Qeyd edək ki, rəqibini 4 cavabsız qolla üstələyən "Boluspor" növbəti raunda yüksəlib.