Azərbaycanlı futbolçu UEFA-nın rəmzi komandasında

UEFA Rusiya Premyer Liqasında çıxış edən gənc futbolçuların rəmzi "11-liy"ini tərtib edib.

SportLine.az xəbər verir ki, 2017-ci ilin göstəricilərinə əsasən hazırlanan komandaya azərbaycanlı futbolçu - Ayaz Quliyevin də adı daxil edilib.

Qeyd edək ki, yarımmüdafiəçi müqavilə ilə Moskva "Spartak"ına məxsusdur. Ötən mövsümü "Anji"nin heyətində keçirən A.Quliyev 22 oyunda 1 qol vurub. Bir neçə gün öncə Mahaçqala təmsilçisi ilə yollarını ayıran futbolçunun "Rostov"a keçəcəyi gözlənilir.