Azərbaycanlı futbolçuda koronavirus əlamətləri

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyevin, səhhəti pisləşib.

Sportline.az xəbər verir ki, 35 yaşlı azərbaycanlı, bununla bağlı “İnstagram” hesabından paylaşım edib.

Əliyev izləyicilərinə səslənərək onlardan nə etməli olduğunu soruşub: “Hamıya salam, nə edəcəyimi deyin. Temperatur 37,4 - 37,5-dir. Özümü yaxşı hiss edirəm, sadəcə öskürək var. Bu nədir: sadəcə xəstələndim, soyuq dəydi və ya nə? Təcili yardım çağırmağın mənası varmı? Bu gün gəzintiyə çıxmışam". 

Qeyd edək ki, Aleksandr Əliyev daha öncə koronavirus pandemiyasını ciddiyə almadığını bildirmişdi.