Azərbaycanlı futbolçudan Çexiyada daha bir qol

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya"nın 21 yaşadək futbolçulardan ibarət komandası yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib yerli “Stexoviçe” kollektivi olub.

Qarşılaşma "Slaviya"nın qələbəsi ilə yekunlaşıb - 5:2.

F.Nəbiyev 3-cü qolun müəllifi olub.

Qeyd edək ki, bu qarşılaşmada "Slaviya"nın düşərgəsində baxışda olan daha iki azərbaycanlı futbolçu - Rövlan Muradov və Amin Seydiyev də meydana çıxıb.