Azərbaycanlı futbolçudan iddialı açıqlama

Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev iddialı açıqlaması ilə diqqət çəkib.

Sportline.az xəbər verir ki, əslən azərbaycanlı olan Əliyev, şəxsi "Instagram"ında canlı yayım zamanı paytaxt meri olmaq istədiyini bildirib: "Məmnuniyyətlə Kiyev meri olardım. İdmanı nə qədər ayağa qaldırardım".

Qeyd edək ki, o, daha əvvəl Ukrayna Premyer Liqası və hətta Ukrayna Futbol Federasiyasına rəhbərlik etmək arzusunu dilə gətirib.