Azərbaycanlı güləşçi üçün 1 milyon dollarlıq turnir
Azərbaycan milli komandasının sabiq sərbəst güləşçisi Əli İsayev 1 milyon dollar qazana bilər.
Sportline.az xəbər verir ki, hazırda qarışıq döyüş sənətləri (MMA) üzrə yarışlara qatılan 35 yaşlı idmançı bunun üçün Peşəkar Döyüşçülər Liqasının (PFL) oktyabrın 31-də ABŞ-ın Las-Veqas şəhərində təşkil edəcəyi turnirin qalibi olmalıdır.
Rusiya bayrağı altında ağır çəkidə mübarizə aparan İsayev final mərhələsinə vəsiqə qazanan “səkkizlik”də yer alıb. O, ilk görüşünü 1/4 finalda ABŞ idmançısı Kelvin Tillerə qarşı keçirəcək. Veteran güləşçi yarımfinala çıxsa, Denis Qoltsov (Rusiya) – Satoşi İşiy (Yaponiya) cütünün qalibi ilə döyüşəcək.
Qeyd edək ki, İsayev 2009-cu ildə Azərbaycan millisinin heyətində Avropa çempionu olub. 120 kq çəki dərəcəsində yarışan Dağıstan əsilli idmançı Pekin-2008 Yay Olimpiya Oyunlarında uğursuz çıxış edib. O, PFL bayrağı altında çıxdığı 4 görüşün hamısında qalib gəlib.