Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
Sportline.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz 18 yaşadək (U-18) oğlanların Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək.
Qeyd edək ki, yarış iyulun 10-21-i aralığında Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.