Azərbaycanlı hakim dünyasını dəyişdi

Azərbaycan voleyboluna itki üz verib.

Sportline.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Respublika dərəcəli hakimi Yeganə Hüseynova dünyasını dəyişib.

38 yaşlı referi qəflətən vəfat edib.

Azərbaycan Voleybol Federasiyası və Hakimlər Kollegiyası mərhuməyə Allahdan rəhmət diləyib, ailəsinə başsağlığı verib.

Banner