Azərbaycanlı hakim Rioda ədaləti qoruyacaq
1S kateqoriyalı hakim Hicran Şərifov gələn il Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. SportLine.az xəbər verir ki, London Olimpiadasında "Qızıl Fit"lə mükafatlandırılan Şərifov Braziliyaya yollanacaq 50 nəfərlik hakim heyətində yer alacaq.
Qeyd edək ki, 2016-cı ildə qitə çempionatları və Olimpiadaya lisenziya xarakterli turnirlərdə səhvə yol verəcək hakimlərin dəyişdirilməsi məsələsi də gündəmdədir. Dünya Güləş Birliyi Hakimlər Kollegiyası Olimpiadaya vəsiqə qazanmış hakimlərdən diqqətli olmağı tələb edib.