Azərbaycanlı hakimlər UEFA turnirinə təyinat aldı

Qitənin ali futbol qurumu azərbaycanlı hakimlərə yeni təyinat verib.

SporLine.az Sport7.az-a istinadən xəbər verir ki, FİFA referisi Rəhim Həsənov 19 yaşadək futbolçuların Avropa çempionatının elit raundunda ədaləti qoruyacaq. Hollandiyanın ev sahibliyi edəcəyi qrupun oyunları martın 22-dən 30-a kimi keçiriləcək. Qrupda meydan sahibləriylə yanaşı Polşa, Ukrayna və Şimalı İrlandiya milliləri yer alır.

Rəhim Həsənovla yanaşı laysman Namiq Hüseynov da Hollandiyaya yollanacaq və qarşılaşmalarda yan xətt hakimi funksiyasını yerinə yetirəcək.

Banner