Azərbaycanlı klub prezidenti güllələndi
Bir vaxtlar "Neftçi"nin qapısını qorumuş serbiyalı qapıçı Vladimir Miçoviç və fəaliyyətini dayandırmış "Abşeron" klubunun prezidenti Yaşar Rüstəmov Serbiyada kafelərin birində hücuma məruz qalıb.
Kafelərin birində əyləşən Miçoviçlə Rüstəmov tanımadıqları şəxslərlə mübahisə ediblər.
Mübahisə qızışandan sonra qarşı tərəfdə yer alanlardan biri tapança çıxarıb və Rüstəmovu ayağından yaralayıb, Miçoviç isə başından zərbələr alıb. Polis hadisəylə bağlı təhqiqat aparır.
"1news.az"-ın əməkdaşıyla söhbətdə Miçoviç hadisəni təsdiqləyib və əlavə edib ki, hazırda özünü yaxşı hiss edir.