Azərbaycanlı Türkiyənin ən yaxşısı seçildi

Azərbaycanlı atlet, dünya və Avropa çempionu Ramil Quliyev Türkiyədə 2018-ci ilin ən yaxşı idmançısı seçilib.

Sportline.az xəbər verir ki, ona mükafatı ölkənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu təqdim edib.

Quliyevlə yanaşı, İtaliya "Roma"sının yarımmüdafiəçisi Cengiz Ünder İlin futbolçusu, "Vakıfbank" voleybol klubu İlin komandası, "Fənərbağça"nın kişilərdən ibarət basketbol komandasına rəhbərlik edən Zelko Obradoviç İlin məşqçisi, taekvondoçu İrem Yaman isə İlin qadın idmançısı sayılıb.