"Azərsun"un prezidentindən "Qarabağ"la bağlı açıqlama

“Qarabağ problemi milli məsələ kimi qarşımızda durur. Ona görə də “Qarabağ” futbol klubunun siyasi dəyəri var”.

Sportline.az xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşdə “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri və “Qarabağ” klubunun prezidenti Abdolbari Goozal deyib.

A.Gözəl bildirib ki, “Azersun Holding”in gəlirləri azalsa da, “Qarabağ” klubuna ödəmələr azalmayacaq.(report.az)