Babək Quliyev UEFA-dan təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Bu barədə Sportline.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Novi Pazar” (Serbiya) - “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma Novi Pazar şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.