Badminton üzrə beynəlxalq turnirdə iki final yekunlaşdı

“Azerbaijan International 2019” turnirində iki final mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, qadınların şəxsi kateqoriyasında Belçika idmançısı Lian Tan və Tailand badmintonçusu Pittayaporn Çaivan qızıl medal uğrunda üz-üzə gəlib. Gərgin keçən görüşdə tailandlı idmançı 2:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qarışıq qoşa yarışlarda isə Almaniya-Fransa dueli yaşanıb. Həlledici görüşdə alman idmançılar Mark Lamsfuss və İzabel Herrtriç fransalı Tom Jikel və Delfin Delru ilə qarşılaşıblar. Üç set keçən görüş 2:1 hesabı ilə fransalıların xeyrinə başa çatıb.