Badmintonçumuz ikinci görüşdə də qalib gəldi

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında ikinci oyununu keçirib.

Sportline.az xəbər verir ki, şəxsi yarışlarda G qrupunda mübarizə aparan idmançı Lüksemburq idmançısı  Robert Mannla üz-üzə gəlib. 

Qarşılaşma Azərbaycan badmintonçusunun 2:0 (21-15,21-18,) hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra Ezmi 1/8 finala vəsiqəni təmin edib.