Badmintonçumuz ilk mərhələdə qalib gəldi

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına uğurlu başlayıb.

Sportline.az xəbər verir ki, kişilərin şəxsi yarışında G qrupunda mübarizə aparan idmançı ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Ezmi Qovimuramadhon iyunun 25-də Robert Mann (Lüksemburq), 26-da Vladimir Malkovla (Rusiya qarşılaşacaq.