Bakı daha bir beynəlxalq turnirə ev sahibliyi edir

Paytaxtımızda badminton üzrə “Azerbaijan İnternational” turniri davam edir.

Sportline.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin ikinci günü də böyük marağa səbəb olub. İştirakçılar təsnifat mərhələsində mübarizə aparırlar. Yarışda 39 ölkədən 200-dən çox idmançı qüvvəsini sınayır. Ölkəmiz 20 badmintonçu ilə təmsil olunur. Yarışların baş inspektoru, xorvatiyalı mütəxəssis Moymir Hinilitsa saytımıza açıqlamasında turniri yüksək qiymətləndirib.

“Bakıda olmaqdan məmnunluq hissi duyuram. Bura çox gözəl şəhərdir. Paytaxrtınız çox təmiz, sakinləri isə qonaqpərvərdir. Beynəlxalq yarışların Bakıda tez-tez təşkili bunun bariz nümunəsidir. Yarışa maraqlı mübarziə şəraitində keçir. Bunadək bir çox beynəlxalq tunrirlərdə olmuşam. Hazırda bütün görüşləri izləməyə çalışıram. Arenaya xeyli idmançı toplaşıb. Müxtəlif dindən, dildən, irqdən olan atletlər burada qələbə üçün birlikdə mübarizə aparırlar”.

Yarışın ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edir. Beynəlxalq Badminton Federasiyasınıın təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıran beynəlxalq turnirdə 5 kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.