Bakıda dünya kuboku davam edir
Bakıda kişi və qadın gimnastların dünya kuboku turniri davam edir. Sportline.az xəbər verir ki, yarışa 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançısı qatılıb. Turnirin üçüncü günündə ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar. Dünya kubokuna martın 19-da yekun vurulacaq.
