Bakıda Dünya Kuboku davam edir

Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kuboku çərçivəsində bu gün tüfəng atıcılığı üzrə kişilər arasında komanda yarışlarının finalı keçirilib.

Sportline.az xəbər verir ki, Koreya komandası 16:8 hesabı ilə Avstraliya komandasını geridə qoyaraq qızıl medala yiyələnib. Bürünc medallara Xorvatiya seçməsi sahib çıxıb.

Eyni növ üzrə qadınlar arasında keçirilən yarışdan Hindistan komandası Danimarka idmançılarına 17:5 hesabı ilə qalib gəlib. Polşa seçməsi bürünc medala yiyələnib.

Tapançadan atəş üzrə kişilər arasında komanda yarışında qızıl medalı İtaliyanı 16:10 hesabı ilə geridə qoyan İran komandası əldə edib. Bürünc medalı almanlar qazanıblar.

Qeyd edək ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kuboku yarışları iyunun 7-dək davam edəcək.

Banner