Bakıda "Fiorentina"nı nə qədər azarkeş dəstəkləyəcək?
UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıya səfər edəcək "Fiorentina" dəstəksiz qalmayacaq. SportLine.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 100-ə yaxın azarkeş sevimli komandalarını dəstəkləmək üçün Bakıya gələcək.
Fanatlar komanda ilə birgə sabah paytaxtımıza təşrif buyuracaqlar.
Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçının start fiti dekabrın 8-i, saat 20:00-da səslənəcək.