Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının, Dünya Minifutbol Federasiyasının, AFFA-nın, Gənclər və İdman Nazirliyinin rəsmiləri, həmçinin ölkə futbol ictimaiyyətinin bir sıra tanınmış simaları iştirak edib.

Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Daha sonra Azərbaycan və Bakı haqqında videorolik nümayiş etdirilib. Ardınca dünya çempionatının kuboku ictimaiyyətə təqdim olunub.

Daha sonra Dünya Minifutbol Federerasiyasının prezidenti Filip Juda çıxış edib. Azərbaycanda minifutbolun inkişafı haqqında fikirlərini bildirib.

Gənclər və İdman Naziri Fərid Qayıbov da çıxışında Azərbaycan klublarının və yığmasının beynəlxalq yarışlarda çıxışından və qazandığı uğurlardan danışıb.

Həmçinin AFFA prezidenti Rövşən Nəcəf də fikirlərini söyləyib. Təşkilatçılara təşəkkürünü bildirən qurum rəhbəri yarışın yüksək səviyyədə keçəcəyinə inandığını söyləyib.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov da öz növbəsində mundial İştirakçılarına uğurlar arzulayıb. O, Azərbaycanda minifutbola göstərilən dəstəyə görə ölkə prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, həmçinin Dünya Minifutbol Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, 32 komandanın iştirak edəcəyi dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq.