Bakıdakı dünya çempionatının vaxtı açıqlandı

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Sportline.az xəbər verir ki, koronavirusa görə təxirə salınmış yarışlar, 2021-ci ildə təşkil olunacaq.

Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.