Məşhur FİFA hakimi Bakıya gələcək

Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün təyinatlar açıqlanıb.

Sportline.az xəbər verir ki, görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Byorn Kuypersə Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bökeldir.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka görüşünün start fiti saat 20:00-da səslənəcək.