Bakıya azarkeş ordusu gəlir

Danimarka millisinin Avro-2020-nin 1/4 finalında Bakıda Çexiya ilə keçirəcəyi oyun üçün paytaxtımıza gələcək azarkeşlərinin sayı məlum olub.

Sportline.az xəbər verir ki, Danimarka Futbol İttifaqı (DBU) Bakı Olimpiya Stadionundakı oyuna 800 azarkeşin yollanacağını bildirib.

Bu sayın artacağı da istisna deyil. Federasiya rəsmisi oyuna böyük marağın olduğunu da söyləyib. Biletlərin satışı isə iyunun 28-dən başlayıb.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlanacaq. UEFA hər iki komandanın azarkeşlərinə 2500 bilet satılacağını açıqlayıb.