Bakıya gələcək daha iki milli komanda məlum oldu

Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatında iştirak edəcək daha iki milli komandanın adı müəyyənləşib. SportLine.az xəbər verir ki, bunlar İngiltərə və Ukrayna seçmələridir. 

Təsnifat mərhələsinin elit-raundunda Finlandiya və Türkiyə komandalarını üstələyən İngiltərə və Ukrayna qitə birinciliyində iştirak etməyə haqq qazanıb. 

Beləliklə, Avropa çempionatının 16 iştirakçısından yarısının adına aydınlıq gəlib. Daha öncə Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina, eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.

Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatına mayın 21-də yekun vurulacaq.