Balotelli üçün iki təklif
“Liverpul” Mario Balotellini satmağa hazırlaşır. SportLine.az xəbər verir ki, ingilis klubu 25 yaşlı hücumçu üçün Çindən və Türkiyədən gələn təklifləri dəyərləndirir. Futbolçunun illik 15 milyon avro vəd edən Çin klubuna keçidi daha real görünür.
Qeyd edək ki, Balotelli hazırda icarə əsasında “Milan”ın şərəfini qoruyur.