Balotellinin yeni klubu bəlli olub

İtaliya millisinin keçmiş hücumçusu Mario Balotelli futbol karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə çox yaxındır.

Sportline.az xəbər verir ki, “Əl-İttifaq” klubu Balotellini transfer etmək niyyətində israrlıdır.

Səudiyyə təmsilçisi 35 yaşlı oyunçuya 2,5 illik müqavilə təklif edib.

Son olaraq “Cenoa” klubunda çıxış etmiş Balotelli hazırda bu təklifi dəyərləndirir.

Qeyd edək ki, “Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.