"Barselona" mübarizəni dayandırdı, "Bavariya" yarımfinalda

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib. 

"Nou Kamp"da "Atletiko"nu çətinliklə məğlub edən "Barselona" üstünlüyü "Visente Kalderon"da qorumağa çalışsa da, istəyinə nail ola bilməyib. Katalonları iki dəfə mərkəzə dəvət edən Madrid təmsilçisi yarımfinala yüksəlib. 

Səfərdə "Bavariya"ya uduzan "Benfika" isə doğma meydanda vəziyyəti dəyişmək üçün mübarizə aparıb. Lakin bu görüşdə sensasiya yaşanmayıb.

13 aprel 2016
Çempionlar Liqası, 1/4 final (Cavab oyunları)


"Atletiko" (Madrid) - "Barselona" - 2:0
QOLLAR:
Qrizman, 36, 88/p.

"Benfika" - "Bavariya" - 2:2
QOLLAR:
Raul Ximenez, 27 (1:0), Arturo Vidal, 38 (1:1), Müller, 52 (1:2); Taliska, 76 (2:2)