"Barsa" Paulinyonu transfer etdi

Çinin “Qunaçjou Everqrand” klubunun futbolçusu Paulinyo karyerasını İspaniya “Barselona”sında davam etdirəcək. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi avqustun 17-də Kataloniya təmsilçisi ilə müqavilə bağlayacaq. 

“Qunaçjou Everqrand” futbolçunun keçidindən 40 milyon avro qazanacaq.

Qeyd edək ki, 2013 - 2015-ci illərdə İngiltərənin “Tottenhem” klubunda çıxış etmiş Paulinyo Çinə 17 milyon avro qarşılığında yollanıb. O, “Qunaçjou Everqrand”ın heyətində 54 oyuna 14 qol vurub.