"Barsa" və "Real"ın siçan-pişik oyunu davam edir

İspaniya La Liqasında 37-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, çempionluğa namizədlər - "Barselona" və "Real" turu itkisiz bitirib.

Kataloniya təmsilçisi "Las Palmas" səfərində 3 xal qazanıb - 4:1.

"Kral klubu" isə eyni hesabla doğma meydanda "Sevilya"nı üstələyib.

Bir oyun az keçirən madridlilər "Barselona" ilə eyni xala sahib olsalar da, şəxsi göstəricilərə görə Luis Enrikenin komandası zirvədə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore