"Barsa"nın yeni baş məşqçisi bəlli oldu

"Barselona"nın yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Luis Enrikenin gedişindən sonra boş qalan vəzifəyə Ernesto Valverde təyin olunub. Onunla iki il müddətinə razılığa gəlinib. 

Qeyd edək ki, E.Valverde bir neçə gün öncə Bilbao "Atletik"i ilə bitən müqaviləsini uzatmaqdan imtina etmişdi. Məhz həmin vaxtdan onun Kataloniya klubu ilə razılığa gəldiyi iddia olunurdu.

Mütəxəssis futbolçu karyerasında da 1988-1990-cı illərdə "Barselona"nın şərəfini qoruyub.