“Real Madrid” 16 yaşlı futbolçunu transfer etmək istəyir

"Real Madrid" Meksikanın "Tixuana" klubunun 16 yaşlı futbolçusu Cilberto Mora ilə yaxından maraqlanır.

Sportline.az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu gənc ulduzu transfer etmək üçün hərəkətə keçib.

Sözü gedən oyunçunun dəyəri 3 milyon avrodur.

Qeyd edək ki, G.Mora bu mövsüm meydana çıxdığı 9 matçda 5 qolla yadda qalıb.