"Barselona" 17 yaşlı oyunçunu heyətinə qatmaq istəyir

"Brügge"nin gənc futbolçusu Cesse Bisivu "Barselona"nın maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

18 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 16 matçda 2 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Bisivunun dəyəri 800 min avrodur.