"Barselona" 18 yaşlı futbolçusu icarəyə göndərməyəcək

"Barselona" 18 yaşlı yarımmüdafiəçisi Mark Bernalı icarəyə göndərmək fikrində deyil.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün gedişində ispaniyalı yarımmüdafiəçiyə daha çox şans verəcək.

M.Bernal bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 1 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunçunun dəyəri 10 milyon avrodur.