"Barselona" Arauxonu satacaq
"Barselona" 26 yaşlı stopperi Ronald Arauxonu satmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
Uruqvay millisinin üzvü bu mövsüm 16 rəsmi matçda meydanda olub və aktivində 2 qol var.
Qeyd edək ki, R.Arauxonun dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.