"Barselona" "Atletiko" ilə oyuna ciddi itkilərlə çıxacaq
"Barselona" bu gecə İspaniya Kral Kubokunun 1/2 mərhələsinin ilk oyununda "Atletiko" ilə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, kataloniyalıların bu görüşə ciddi itkilərlə çıxacağı gözlənilir.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Rafinya, Pedri, Markus Reşford, Qavi və Andreas Kristensen kimi aparıcı futbolçular meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Atletiko" - "Barselona" matçı bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.