"Barselona" "Atletiko Madrid"ə 150 milyon avro ödəməyə hazırdır

"Barselona" "Atletiko Madrid"in forvardı Xuliyan Alvarezi transfer etməkdə israrlıdır.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu bu keçid üçün qarşı tərəfə 150 milyon avro ödəməyə hazırdır.

Lakin Madrid təmsilçisi Alvarez üçün 200 milyon avro tələb edir.

Qeyd edək ki, Argentina millisinin üzvünün "Atletiko" ilə sözləşməsi 2030-cu ilin yayına qədərdir.

O, cari mövsüm meydana çıxdığı 14 matçda 7 qol, 4 məhsuldar ötürmə müəllifi olub.