“Barselona” “Ayaks”ın gənc oyunçusunu transfer edir?
Niderlandın “Ayaks" klubunda çıxış edən gənc belçikalı cinah oyunçusu Mika Qodts “Barselona”nın maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə Kataloniya təmsilçisi 20 yaşlı futbolçunun çıxışını yaxından izləyir və onu hücum xətti üçün potensial variantlardan biri hesab edir. Qodts 2025/26 mövsümündə göstərdiyi məhsuldarlıqla Avropanın bir sıra aparıcı klublarının diqqətini çəkib.
“Barselona” rəhbərliyi oyunçunun texniki bacarıqlarını, sürətini və cinahdakı effektivliyini yüksək qiymətləndirir. Bununla yanaşı, futbolçu ilə “Arsenal”, “Çelsi”nin də maraqlandığı bildirilir.
Qeyd edək ki, Mika Qodts ötən mövsüm “Ayaks”ın heyətində çıxdığı 44 oyunda 17 qol 15 məhsuldar ötürmə ilə yadda qalıb və onun Niderland təmsilçisiylə müqaviləsi 2029 cu ilin yayında başa çatır.