"Barselona" azad agent statusunda futbolçu alır
"Barselona" yayda "Yuventus"un forvardı Duşan Vlahoviçi azad agent statusunda transfer etməyə çalışacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
26 yaşlı oyunçu Turin klubu ilə sözləşmə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, D.Vlahoviç cari mövsüm meydana çıxdığı 17 matçda 6 qol, 2 asist müəllifi olub.