"Barselona" - "Borussiya Dortmund": Düşərgələrdəki son durum
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki matçı keçiriləcək.
Sportline.az xəbər verir ki, “Barselona” öz meydanında “Borussiya Dortmund”la qarşılacaq.
Heyətlərə nəzər saldıqda Kataloniya klubunda əsas itki qapıçı Mark Andre Ter Ştegen və Dani Olmonun adı ilə bağlıdır.
“Borussiya Dortmund”da isə Niklas Süle, Niko Şlotterberq və Marsel Sabitzer zədə səbəbindən başa məşqçi Niko Kovaçın sərəncamında olmayacaq.
Start fiti 23:00-da başlanacaq oyunu norveçli hakim Espen Eskas idarə edəcək.