“Barselona” “Brügge” ilə matçda itkilərlə çıxacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Barselona” səfərdə “Brügge” ilə üz-üzə gələcək.
Hans Flikin komandasında itkilərin sayı kifayət qədərdir. Joan Qarsiya, Mark Andre Ter-Ştegen, Qavi, Pedri və Rafinya zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
“Brügge”də isə Ludovit Rays və Simon Minyole oyunun iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, “Brügge” – “Barselona” görüşü bu gün Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.
Qarşılaşmada söz sahibi ingiltərəli Entoni Teylor olacaq.