"Barselona" bu addımı atmağa hazırlaşır

"Barselona" klubu, "Nou Kamp" stadionunun adını dəyişməyə hazırlaşır.
 
Sportline.az xəbər verir ki, ad haqlarının satılması uzun müddəti əhatə edə bilər. Katalon klubunun vitse-prezident Jordi Kardonera, bununla bağlı açıqlamasında bildirib ki:
 
"Razılaşmaya daha 25 il əlavə etmək mümkündür. İlk il əldə olunacaq gəlirlər koronavirusla mübarizə üçün istifadə ediləcək. Qalan 25 ilin qazancı isə klubun ehtiyaclarına xərclənəcək".
 
Stadionun necə adlanacağı haqda hələlik konkret fikir səsləndirilmir.