"Barselona" bu futbolçuya görə 100 milyon avro tələb edir
"Barselona" brazilyalı futbolçusu Rafinyanın transfer qiymətini açıqlayıb.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Rafinya üçün 100 milyon avro tələb edir.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 28 yaşlı futbolçunu heyətində görmək istəyir.
Qeyd edək ki, Rafinyanın "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.