"Barselona" derbiyə itki ilə çıxacaq

"Barselona" La Liqanın 35-ci turu çərçivəsində keçiriləcək "Espanyol"la matçda optimal heyətlə mübarizə apara bilməyəcək.

SportLine.az xəbər verir ki, komandanın əsas futbolçularından Andres İnyesta Kataloniya derbisini buraxacaq. Futbolçu zədə səbəbilə komandasının yanında olmayacaq.

İnyesta ilə yanaşı, “Barselona”da Rafinya Alkantara, Aleyş Vidal və Jeremi Matyo da zədədən əziyyət çəkir.

Qeyd edək ki, Barselona şəhərinin derbisi Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.